cba1405a-1bc0-49a2-bf11-f381dccd8627..jpg

Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

Baxış sayı: 1. 064 dəfə baxılıb.

Azərbaycanda daha bir tanınmış tiktoker saxlanıldı

“TikTok” sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü
videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

Azxeber.com xəbər verir ki, Gürcüstandan ölkəyə qayıdan tiktoker hava
limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir sıra
tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub.
Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu
gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.

Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə
saxlanılıb və həbsdə olub.

Source link