Azərbaycanda dollara tələbat niyə artır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son dövrlərdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarında ABŞ dollarına
tələbatın artması müşahidə edilir.
Belə ki, sentyabrda 259,8 milyon dollar satılmışdısa, oktyabrda bu göstərici
291,8, noyabrda isə 427 milyona yüksəlib.
Dekabrın beşində keçirilən valyuta hərracında isə tələb 95,1 milyon ABŞ
dolları təşkil edib ki, bu da son illərdə qeydə alınan ən yüksək göstərici olub.
O zaman sual yaranır, xarici valyutaya tələbin artması manatın məzənnəsi üçün
təhlükə yarada bilərmi?
İqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkənin valyuta ehtiyatları, neftin
qiyməti və valyuta çıxışı kanallarının nəzarətdə olması manatın məzənnəsinin
qorunmasına imkan verir.
Bu baxımdan hazırda milli valyutanın ucuzlaşması gözlənilmir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: