Azərbaycanda dörd nəfərə “general-mayor” rütbəsi verildi – SƏRƏNCAM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az
məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı
əməkdaşlarına “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib:
Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.