1deaa4a2-ad80-4e76-a47b-b5201351ed40..jpg

Azərbaycanda dövlətə məxsus iki iri müəssisənin özəlləşdirilməsinə başlanılıb – FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

Azərbaycanda dövlətə məxsus iki iri müəssisənin özəlləşdirilməsinə başlanılıb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətə məxsus
iki iri müəssisənin özəlləşdirilməsinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun müəssisələrə təşkil etdiyi
mediaturda bildirilib.

Məlumata görə, bunlardan biri vaxtilə “Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-yə məxsus olan və sonradan dövlətin balansına keçən “Akkord
Mərmər Qranit” MMC-nin bazasında yaradılmış “Bakı Mərmər Qranit” MMC-dir.

Müəssisənin özəlləşdirilməsi üçün komissiya yaradılıb, inventarlaşdırma
aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə onun 17 059 000 manat
olmaqla nizamnamə kapitalı müəyyən olunub. Bu məbləğ hər birinin nominal dəyəri
100 manat olan 170 590 pay əsasında formalaşıb.

“Bakı Mərmər Qranit” 6,18 ha ərazidə yerləşir, əsas istehsal sahələri mərmər
və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən
mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir. Onun
layihə üzrə illik istehsal gücü 300 min kvadratmetr təşkil edir.

Müəssisədə əsasən Türkiyədən alınmış avadanlıqlar quraşdırılıb. Eyni zamanda,
müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da
mövcuddur. Hazırda müəssisənin özəlləşdirməqabağı sağlamlaşdırılması və
potensial investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində tədbirlər
həyata keçirilir.

Bundan başqa, Dövlət Xidməti uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak
kompleksinin özəlləşdirilməsi istiqamətində işlərə başlayıb. Bu müəssisənin
ərazisi isə 11 hektardır. Kompleksdə quraşdırılmış avadanlıqlar İtaliya və
Almaniya istehsalıdır. Uşaq bezi avadanlığının istehsal gücü bir dəqiqədə
500-dək bez, tualet kağızı istehsalı avadanlığının istehsal gücü ay ərzində 15
milyon rulon, mətbəx kağızı avadanlığının istehsal gücü 10 milyon rulon təşkil
edir. Salfet avadanlığı isə ay ərzində 32-35 milyon vərəq salfet istehsal etmək
gücünə malikdir.

Hər iki müəssisənin yenidən qurulması və inkişafı üçün investisiya müsabiqəsi
vasitəsilə özəlləşdirilməsi planlaşdırılır.

Source link