Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadının məhkəməsi başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.
“Report”un əldə etdiyi məlumata görə, Validə Yusifova Elçin qızı Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə
ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır
Cinayətlər Məhkəməsinə daxil olub.
Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə
ittiham irəli sürülüb.