Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda dövlət səviyyəsində mühafizə olunan abidələrin sayı 6 000-dən
çoxdur.
“Report” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Səadət
Yusifova Azərbaycanda ilk dəfə keçirilən “Mədəni İrs” forumunda çıxışı zamanı
məlumat verib.
“Hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 308 abidə mövcuddur. 1
400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə
qismində qeydə alınıb. 26 tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir.
Onlardan dördü UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”, – deyə o
vurğulayıb.