9230d5de-71af-4f96-bb6c-f366e9a5c7f2..jpg

Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI

Baxış sayı: 634 dəfə baxılıb.

Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas
problemlər AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə
hesabatlılığında əsas problemləri açıqlayıb.

“Report” xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli
Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında
hesabatının müzakirəsi zamanı bildirib ki, bu konsolidə edilmiş hesabatlar
büdcə üzrə qərarların aydın mənzərə olmadan verilməsinə səbəb olur:

“Konsolidə edilmiş maliyyə hesabatları yalnız pul vəsaitinin hərəkətini deyil,
aktiv və öhdəliklərin tarix üzrə dəyişimini də izləməyə imkan verir. Dövlət
sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatının hazırlanması çox saylı
mərhələlərdən keçməlidir. İlkin mərhələlərindən biri qurum səviyyəsində
konsolidasiyanın doğru aparılmasıdır. Apardığımız auditlər göstərir ki, bu
sahədə qanunvericilik və metodoloji bazada, habelə kadr potensialında, o
cümlədən biliklərin praktikada tətbiq olunmasında problemlər var”, – V.
Gülməmmədov deyib.

Source link