99bfe890-4829-499e-85ff-24b7b11dd0be..jpg

Azərbaycanda ekstremal qartəmizləmə görüntüləri: Ekskavator görünməz oldu – FOTO/VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

Azərbaycanda ekstremal qartəmizləmə görüntüləri: Ekskavator görünməz oldu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində
dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz
təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət
qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya
xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və
bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə
yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra
olunur.


Source link