Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş
verib.
Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin mübahisəsi
nəticəsində44 yaşlı Şahin Şahverdiyev döyülərək qətlə yetirilib.
Ş.Şahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Seymur
Məmmədquliyevin anası Baku TV-yə danışıb.
Cəmilə Vəliyevanın sözlərinə görə, Şahin Şahverdiyev qızına elçi göndərib
“yox” cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə
oğlu onu qətlə yetirib:
“Hər gün gəlib sataşırdı, daş atırdı, hətta evə soxulurdu. Oğluma nalayiq
mesajlar yazıb, təhqir edirdi. Axşam polislər gələndə bildim ki, bu hadisə baş
verib”.
Cəbrayıl Rayon Prokurorluğunun məlumatına görə, oktyabrın 27-də saat 20
radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü
Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış
mübahisə zamanı Şahin Şahverdiyevi döyməklə xəsarətlər yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş
üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Daha ətraflı süjetdə:
Azərbaycanda elçiliyin sonu ölümlə bitdi