Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik
mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında”
Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn
tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.
Bu barədə Cixisyolu.com-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının
gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin
müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.
İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik
enerjisi doldurma məntəqələrinin – EDM əhatə dairəsinin genişləndirilməsi, bu
sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi
ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq
subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların
təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.
İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən
təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.