e566905a-968c-460e-81fa-1cbd8aead265..jpg

Azərbaycanda elektron köçürülmələrlə bağlı yeni tələblər müəyyən edilib

Baxış sayı: 1. 040 dəfə baxılıb.

Azərbaycanda elektron köçürülmələrlə bağlı yeni tələblər müəyyən edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə vəsaitlərinin elektron köçürülməsinin
aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə
elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları
arasında işgüzar münasibətlərə dair tələblər müəyyən edib.

Cixisyolu.com xəbər verir ki, bu AMB-nin İdarə Heyəti tərəfindəntəsdiq edilmiş
“Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu
tədbirlərinin tətbiq edilməsi Qaydası”nda əksini tapıb.

Bu qayda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli
maliyyə sanksiyaları haqqında” Qanunlarına uyğun olaraq hazırlanıb.

Qaydada əsas anlayışlar, emitent maliyyə institutunun öhdəlikləri, vasitəçi
maliyyə institutunun öhdəlikləri, benefisiar maliyyə institutunun öhdəlikləri,
xarici maliyyə institutları ilə işgüzar münasibətləri müəyyən edilib.

Bu qayda bu il iyunun 1-dən qüvvəyə minəcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı
Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Source link