0defd952-74ee-49f6-8a6b-88e16ed1ebf6..jpg

Azərbaycanda evlərin alqı-satqısına dair prosedur dəyişdirilib

Baxış sayı: 934 dəfə baxılıb.

Azərbaycanda evlərin alqı-satqısına dair prosedur dəyişdirilib

Prezident İlham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanunu
təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra daşınmaz əmlak
üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş
müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron
Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında
müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına
alınacaq. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab
olunacaq.

Bundan başqa, daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə
bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın,
həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və
onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya
qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər
vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində
aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş
və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin
təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət
reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla
müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər
vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron
informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd
mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət
reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.

Eyni zamanda beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə
müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq
edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması
ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı
behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş
qaydalar tətbiq edilir.

Source link