7148db1c-7fbc-47c9-80e8-04b87c5e9a3c..jpg

Azərbaycanda ezamiyyə xərcləri artırılacaq – VİDEO

Baxış sayı: 633 dəfə baxılıb.

Azərbaycanda ezamiyyə xərcləri artırılacaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ezamiyyə xərcləri artırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, son
altı ildir ezamiyyə xərcləri və tarifləri dəyişmir.

Faktiki olaraq həm daxildə, həm də xaricdə ezamiyyə xərcləri kifayət qədər
aşağıdır. Başqa sözlə, müəyyən edilən vəsait ezamiyyədə olan şəxslərin
xərclərini qarşılamır.

Mövcud qaydalara əsasən, Bakıda gündəlik ezamiyyə xərci 90, iri şəhərlərdə 70,
digər rayonlarda isə 65 manatdır. Xarici ölkələr və həmin ölkələrin paytaxtları
üçün nəzərdə tutulan ezamiyyə xərlcərinin də aşağı olduğu bildirilir.

Millət vəkili deyir ki, bu vəsait əksər hallarda vətəndaşların ölkədaxili və
xarici səfərlər zamanı xərclərini tam qarşılamadığı üçün müəyyən problemlər də
yaradır.

Millət vəkilinin sözlərinə görə, ezamiyyə xərclərinin iki dəfəyə yaxın
artırılması təklif edilir. Bunu özündə əks etdirən layihə artıq Nazirlər
Kabinetinə də təqdim edilib.

Millət vəkili onu da qeyd edib ki, xüsusilə Avropa ölkələrində hər il ezamiyyə
xərcləri inflyasiya dərəcəsinə uyğunlaşdırılır. Azərbaycanda da bu təcrübə
tətbiq edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link