bc09fb9f-05cf-499b-9ab2-a6c9e22ead6b..jpg

Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının sayı açıqlandı

Baxış sayı: 646 dəfə baxılıb.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının
sayı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının
sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının
(ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən “Heydər Əliyev 100 –
Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfransda deyib.

O bildirib ki, bu ilin dekabrın 1-nə Azərbaycanda 5 678 Türkiyə investisiyalı
kommersiya qurumu qeydiyyata alınıb. Onlardan 4 019-u aktiv fəaliyyət göstərir:

“Şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət,
xidmət sektorlarında çalışırlar.

Türkiyədən Azərbaycana birbaşa investisiya axınlarının həcmi 15,2 milyard ABŞ
dolları təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5
milyard dolları isə qeyri-neft sektorunun payına düşür”.

Source link