Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasında futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin
məbləği artıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib.
2023/2024 mövsümündə isə bir milyon artaraq 39 milyona çatıb.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon
manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda üç
milyon, milli komandaların saxlanılması üçün üç milyon manat ödənilib.
Region Liqası və Region Liqa oyunların keçirilməsi və VAR layihə xərcləri hər
iki mövsümdə bir milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə
700 min verilib, menecer və məşqçi korpuslarının təhsilinə görə (AFFA-nın
nəzdində) 300 min manat xərclənib.