6565dfca-b944-402e-9c8c-dd6add8e64df..jpg

Azərbaycanda gələn aydan əmanət faizləri vergiyə cəlb edilə bilər

Baxış sayı: 901 dəfə baxılıb.

Azərbaycanda gələn aydan əmanət faizləri vergiyə cəlb edilə bilər

Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının
fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb
edilə bilər.

“Report” xatırladır ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il
müddətinə vergidən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması
ilə bağlı hələ heç bir yenilik yoxdur, Milli Məclisə müvafiq qanun layihəsi
daxil olmayıb.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci
ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq
üçün atılmış addımlardan biridir.

Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər
Azərbaycanda əmanətlər tam sığortalı olub.

Source link