Azərbaycanda gecə-gündüz qorunan obyektlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda bu obyektlər – 3 vağzal, 111 stansiya və 12 dayanacaq gecə-gündüz
demədən 24 saat qorunur. Polislərə komandir tərəfindən təlimatlar verildikdən
sonra dəmiryol vağzalında və onun ərazisində xidmətə start verilir.
Xezerxeber.az xəbər verir ki, bundan sonra Bakı Dəmiryol Vağzalında
sərnişinləri yoxlayıb, içəri buraxırlar. Məqsəd qatarlarda sərnişinlərin
təhlükəsizliyini tam şəkildə qorumaqdır. Buna görə də qatarlara təhlükəli
əşyalarla keçidin qarşısı əvvəlcədən alınır.
Dəmiryol Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi
Vüsal Alıyev deyir ki, xidməti ərəzilərdə kriminogen durum daim nəzarətdə
saxlanır.
Xidməti ərazilərdə yerləşən üç vağzal, 111 stansiya və 12 dayanacaq var ki,
onların hər birində təhlükəsizliyi Dəmiryol Nəqliyyatında Polis İdarəsi təmin
edir.
Eyni zamanda polis əməkdaşları tərəfindən yüklərin daşınması zamanı da
təhlükəsizlik tədbirləri görülür. Polis tərəfindən dəmiryol vasitəsilə narkotik
daşımalarının qarşısı qətiyətlə alınır. Bu ilin doqquz ayı ərzində beş ədəd
silah və ona aid sursatlar aşkarlanıb.
Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində qatarlarla 3 milyon 324 mindən
artıq sərnişin daşınıb. Müvafiq dövr ərzində bu ərazilərdə qeydə alınan 94
cinayət hadisəsinin 95%-ə yaxını açılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: