687f6302-899a-4fca-ba45-8ff81006919b.jpg

Azərbaycanda general işdən azad OLUNDU

Baxış sayı: 125 dəfə baxılıb.

Müdafiə Nazirliyində daha bir yüksək rütbəli general işdən azad olunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin
rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama
götürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da
var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi
Məktəbin maliyyə xidməti rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə
Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə
vermişdi.

Source link