Xəbər verdiyimiz kimi, bu gün saat 22:40 radələrində Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş verib.
ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, episentri Zaqatala rayonunda yerləşən zəlzələ qonşu Balakən rayonunda da hiss olunub.
Yeraltı təkanlar rayonda təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.
22:59
Zaqatala rayonunda zəlzələ baş verib.
Bu barədə ÇıxışYolu.Com-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 22:40-da Zaqatala rayonu ərazisində zəlzələ qeydə alınan yeraltı təkanların maqnitudası 5.5, dərinliyi 2 km olub.
22:49
Azərbaycanın şimal-qərb bölgəsində güclü zəlzələ baş verib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, yeraltı təkanlar 22:35 radələrində qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.