09a2d1c4-8d6f-4260-a5c7-03db460bdc26..jpg

Azərbaycanda həbs olunan erməni futbolçular qarşı tərəfə təhvil veriliblər – VİDEO

Baxış sayı: 592 dəfə baxılıb.

Azərbaycanda həbs olunan erməni futbolçular qarşı tərəfə təhvil veriliblər –
VİDEO

Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş
3 nəfər erməniəsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist
dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam
verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin
388-1-ci maddəsi ilə (İnternet informasiya ehtiyatında və ya
informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü
məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş
Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə Azərbaycan
Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq “Laçın”
sərhəd-buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.

Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə
təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə
tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən
münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını
bildiriblər.


Source link