Azərbaycanda həbs olunan Türkiyə vətəndaşı təhvil verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Türkiyə vətəndaşını ölkəsinə ekstradisiya edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini
törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il
təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkədə müəyyən edilərək
barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən
məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli
orqanlarına təhvil verilib.