Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin şəxsiyyəti məlum oldu –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq
fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun
adı Martin Ryandır.
Bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian 7 yanvar 2024-cü ildə
“X” (keçmiş “Twitter”) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
“Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. “Merkorama” MMC-nin baş
direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa
məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş
İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib”, – o qeyd edib.
Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə
casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.
Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr
ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna,
Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın
bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət
orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət
edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü
işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Məlum olduğu kimi, 2023-cü il dekabrın 20-də Fransa Prezidenti Emmanuel Makron
Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni
vəzifəsindən azad edib.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə
xarici kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
#France
#azerbaycan
Martin Ryan détenu à#Baku
décembre,Le Dg de Merkorama LLC est accusé d Espionnage,il à été manipule par
les 2 Agents#Dgse
@FranceBakou
obligé de collaborer,Négociations secrètes en cours.@afpfr
pic.twitter.com/eni6DPDK9e
— Leo Nicolian (@NicolianLeo) January 7, 2024