Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.
Cixisyolu.com-ın xəbərinə görə, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun
16-da imzaladığıSərəncamın
Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla
komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən
çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə
başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən
çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək
davam edib.
Qeyd edək ki, sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün
də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş,
yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli
həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət
hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş
Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli
həqiqi hərbi xidmətə çağırılıblar.
Habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində
nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılıblar.