Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilmiş “Keşlə” – “Səbail” görüşünün baş hakiminin dəyişdirilmə səbəbi açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, əvvəlcədən Keşlə qəsəbəsindəki ASK Arenada baş tutmalı görüşə baş hakim təyin olunmuş Ömər Paşayev oyun öncəsi özünü narahat hiss edib.
Buna görə matça ehtiyat hakim təyin olunmuş Rəhim Həsənov onu əvəz etməli olub. Ömər Paşayev isə matçda dördüncü hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, görüş bu turadək autsayder olan “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rəhim Həsənov ikinci hissədə “Keşlə”nin xeyrinə penalti təyin edib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com