Azərbaycanda hakimi döyən məşqçi və tüpürən futbolçu cəzalandırıldı

Baxış sayı: 2. 726 dəfə baxılıb.

Azərbaycanda hakimi döyən məşqçi və tüpürən futbolçu cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsi hakimləri döyən və söyən futbolçu və məşqçilərlə bağlı qərarlar çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən Region Liqasının futbolçu və məşqçiləri cəzalandırılıb:

Region Liqasında “Uğur” (Sumqayıt) – “Energetik” (Mingəçevir) matçının 90+5-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə dörd oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində “Uğur”un məşqçisi Tural Salmanzadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb. 

Oyunun birinci hissəsi başa çatdıqdan sonra “Energetik”in məşqçisi Samir Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün beş oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Energetik”in futbolçuları Kamran Lalayevlə Habib Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə, hər ikisi dörd oyun cəzalanıb.

Region Liqasında “Füzuli” – “Baku” matçının 68-ci dəqiqəsində “Füzuli”nin məşqçisi Xəqani Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. Oyun başa çatdıqdan sonra “Füzuli”nin futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək tüpürdüyünə görə, altı oyun cəzalanıb.