78e69399-f49a-45d2-b080-db6b2fba57fa..jpg

Azərbaycanda hakimləri təhqir edən məşqçilərin cəzası açıqlandı

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycanda hakimləri təhqir edən məşqçilərin cəzası açıqlandı

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Hadisə Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununda
baş verib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra
baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi
tərəfindən iki matç şərti olmaqla beş oyunluq cəza kəsilib. Sınaq müddəti üç ay
təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov da eyni cəza ilə üzləşib. Mütəxəssis
“Zirə”yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI turunun matçında hakimi
təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan
kənarlaşdırılması səbəbindən ikisi şərti olmaqla beş oyunluq cəzalanıb. Abasova
üç ay sınaq müddəti təyin edilib. Klub isə buna görə 4000 manat ödəməli olacaq.

Bundan əlavə, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün
“Sumqayıt” əlavə 800 manat cərimələnib.

Komitə “Zirə” fanatlarının da eyni hərəkətinə görə paytaxt klubuna 800 manat
cərimə kəsib. “Qartallar”ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı
üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı”
vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.

Source link