Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi
Hərəkətinin İdarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq
edib.
Bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz
Akvatoriyasinda başlamış şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi
davam edəcək. Küləyin sürəti 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi
gözlənir. Dalğanın hündürlüyünün iki-dörd metr, sonrakı inkişafda 4,5-6,5 metr
olacağı gözlənilir.