Azərbaycanda I Liqa komandasının oyunları nəzarətə götürüldü – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan I Liqasının debütantı və autsayderi olan “Difai” (Ağsu)
komandasının keçirdiyi matçlar danışılmış oyunlarda şübhəli bilinir.
Prosport.Az-ın məlumatına görə, komandanın son dəqiqələrdə, xüsusən də oyuna
artırılmış vaxtlarda qapısından toplar buraxması araşdırılma aparılmasına səbəb
olub.
Belə ki, komandanın IX turda Bakıda “İrəvan”la görüşdə 1:0 öndə olduğu matçda
80, 90+4 və 90+5-ci dəqiqələrdə top buraxması şübhələri artırıb. Həmçinin
Zaqatalada eyniadlı komanda ilə matçda eyni hadisələr təkrarlanıb. Ağsu
komandası hesabda 2:0 öndə olsa da, 51, 90, 90+4 və 90+6-cı dəqiqələrdə
qapısından top buraxaraq 2:4 uduzub. Baxmayaraq ki, 90+1-ci dəqiqədən etibarən
meydan sahibləri 1 nəfər azlıqda oynayıblar. 90+6-cı dəqiqədə komandanın
kapitanının topu öz qapısından keçirməsi də qeyd olunmalıdır. Hər iki matçda
komandanın qapıçısının azı 1 kobud səhvi də diqqətdən yayınmır.
Qeyd edək ki, “Difai” çempionatda yeganə qələbə qazanmayan komandadır. Klub
cəmi 1 xalla sonuncu -10-cu pillədədir.