ced7e1c6-d4f4-4903-b155-1d9895316c6a..jpg

Azərbaycanda idarəetməni itirən sürücü “Niva” ilə qəza törətdi – ANBAAN VİDEO

Baxış sayı: 2. 398 dəfə baxılıb.

Azərbaycanda idarəetməni itirən sürücü “Niva” ilə qəza törətdi – ANBAAN VİDEO

İmişlidə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Cixisyolu.com xəbər verir ki, İmişlinin mərkəzində VAZ-2121 markalı avtomobil
idarəetməni itirərək yolayırıcı bordürün üzərinə çıxıb. İlkin məlumatlara görə,
hadisə nəticəsində ölən olmayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş
inspektoru, polis baş leytenantı Nizam HəmidovCixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirib ki, sözügedən görüntülər yanvar ayının 2-də İmişli rayonunda mərkəzi
küçələrin birində baş verən qəzaya aiddir:

“Sürücü F.Əhmədli idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən
idarəetməni itirib və nəticədə avtomobil arakəsmələrə dəyib. Hadisə zamanı
xəsarət alan olmayıb. Sürücü barəsində İmişli RPŞ-nin DYP bölməsinin
əməkdaşları tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib olunub və
F.Əhmədli inzibati qaydada məsuliyyətə cəlb edilib”.


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

Könül Cəfərli

Source link