Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun
qeydiyyatını aparıb.
Cixisyolu.com Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50
744-ü isə isə təkrar qeydiyyatın payına düşüb.
İki ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində
13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512,
qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96,
çoxmərtəbəli yaşayış binaları üzərində isə altı mülkiyyət hüququnun dövlət
qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə
bölgələrin payına düşüb.
Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka
müqaviləsi qeydiyyata alınıb.