Azərbaycanda iki kino ittifaqı birləşdi, yeni sədr seçildi – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq
edilib.
Cixisyolu.com xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artistləri Şəfiqə
Məmmədova və Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 37 nəfərin
adı var.
Rejissorlar Oqtay Mirqasımov, Əbdül Mahmudov və Zamin Məmmədov İdarə Heyətinin
üzvlüyündən imtina ediblər.
14:09
Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı “Azərbaycan
Kinematoqrafçılar İttifaqı” olub.
Cixisyolu.com xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.
Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.
Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə
namizədliyini geri götürüb.
Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik
etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs
çoxluğu ilə təsdiqlənib.
Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.
12:30
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.
Cixisyolu.com xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları
iştirak edirlər.
Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının
rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin
seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib.
2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib
və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri
Xalq artisti Rasim Balayevdir. ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin
sədri Xalq artisti Şəfiqə Məmmədovadır.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid