Azərbaycanda iki teatra yeni status verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və
Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus
sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının
yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.
Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu
sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.