Azərbaycanda iki uşaq anası evdən qaçdı - VİDEO

Azərbaycanda iki uşaq anası evdən qaçdı – VİDEO

Baxış sayı: 2. 198 dəfə baxılıb.

Oğuz rayonunda 32 yaşlı qadın evdən qaçıb.

ÇıxışYolu.Com-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, rayonun Səməd Vurğun küçəsi, 14 -də yaşayan Gülnaz Abışova iki gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

11 ildir Seymur Abışovla ailəli olan və iki övlad sahibi qadın evdən dərzinin yanına getmək adı ilə çıxıb.

Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldaşının hansı səbəbdən getdiyini bilmir. Gülnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.

Övladları 10 yaşlı Nicat və 6 yaşlı Ömər analarının qayıtmasını istəyir. Hadisə ilə bağlı rayon polis çöbəsinə məlumat verilib.

www.ÇıxışYolu.Com