71a82aed-6ead-4e65-8f48-161ed6deba8b..jpg

Azərbaycanda iki vəzifəli şəxs rüşvətə görə HƏBS OLUNDU

Baxış sayı: 666 dəfə baxılıb.

Azərbaycanda iki vəzifəli şəxs rüşvətə görə HƏBS OLUNDU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq
Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə
Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə
daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə
materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini
vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını
rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni
məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada
qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla
ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində
almasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında
yaxalanıb, onların xidməti otaq və avtomobillərində aparılmış axtarışlarla iş
üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci
(təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci
maddəsi ilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin
qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link