Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni
doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
“Report”un məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur,
qızlara isə Zəhra adı verilib.
Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza
qoyulub.
Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa
Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı
qoyulub.