8c1114f2-367f-45c5-8d52-cc81be7b6ecd..jpg

Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

Baxış sayı: 487 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin sentyabr ayında Azərbaycanda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya
Konfransı keçiriləcək. Bu, regionda ilkdir və ev sahibliyi kimi Azərbaycanın
seçilməsi bizim uğurumuzdur.

Cixisyolu.com xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III
Zirvə toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, bu tədbir üzrə tərəfdaşların, dünyada bu istiqamətdə fəaliyyət
göstərən diplomatların Azərbaycana gəlməsi ölkəmizi kiberdiplomatiyanın
mərkəzinə çevirəcək:

“Bu baxımdan çox unikal tədbirdir. Tədbir Rumıniya Respublikasının informatika
üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti arasında imzalanan memorandum nəticəsində təşkil
edilir. Onların təşəbbüsü olan diplomatiya üzrə beynəlxalq tədbirin regional
təmsilçiliyi bizim ölkəmizə verilib. Bu tədbir Azərbaycan Respublikası
Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyi ilə birgə həyata
keçirməyi planlaşdırırıq. Belə bir tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi
strateji əhəmiyyət kəsb edir.

Bəzi ölkələrdə yeni diplomatik vəzifə olan kibersəfirlərin ölkəmizdə
toplanması, müzakirələr, informasiya təhlükəsizliyi strukturu baxımından çox
vacib məqamdır. Qlobal kibertəhdidlərə qarşı ölkələrin birgə fəaliyyəti və
mübarizəsi baxımından çox vacib məsələdir”.

Könül Cəfərli

Source link