65f85793-0cee-426b-b532-ea004fd7600f..jpg

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək

Baxış sayı: 832 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 4-5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça”
ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların
Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Azərbaycanda ilk dəfə
Milli Xalça Festivalı keçiriləcək.

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində
xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə
tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv
sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün
ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası,
yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı
günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi
dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə
bürünəcək.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün
mərhələləri, xüsusən, ipliyin boyanması, çeşnilərin və naxışların vurulması,
xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış
ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça”nın ölkənin 14 regionundan
gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim
ediləcək. Həmçinin Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça
Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi
edəcəyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il
tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir
və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş
Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

Source link