Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” forumu keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə ölkədə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Forum ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan
tədbirlər çərçivəsində baş tutacaq.
Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə
digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda
mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud
vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi
abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.
Forumda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi
problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi – mədəni və təbii
irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və
müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”,
“Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq –
Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə
müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir
mübadiləsi aparılacaq.
Forumda iştirak etmək istəyən şəxslər dekabrın 10-dək onlayn müraciət forması (
https://culture.az/medeniirsforumu
qeydiyyatdan keçə bilərlər.