0f9f438d-37a8-4c0d-8edc-5d1f2bec00c4..jpg

Azərbaycanda ilk dəfə olaraq “Usta Mənəm!” müsabiqəsi keçiriləcək – FOTO

Baxış sayı: 564 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə olaraq “Usta Mənəm!” müsabiqəsi keçiriləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 26-da İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə
“Holcim Azərbaycan” ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Holcim Azərbaycan”
ASC-nin baş direktoru Xalid Samaka imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə “Holcim Azərbaycan” ASC arasında
əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin
innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması
üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və
texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər
istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Həmçinin memoranduma əsasən, Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların
İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi və “Holcim Azərbaycan” ASC-nin birgə
təşkilatçılığı ilə “Usta Mənəm!” müsabiqəsinin keçirilməsinə start verilir.
500-dən çox ustanın iştirak edəcəyi müsabiqənin keçirilməsinə may ayından
başlanılacaq və respublikanın müxtəlif bölgələrində təşkil ediləcək.
Müsabiqənin keçirilməsində məqsəd ölkənin ən yaxşı “Usta”sını seçmək, gənclər
arasında hörgü peşəsini təbliğ etmək və peşə təhsilinin nüfuzunu yüksəltməkdir.
Sonda birinci yerin sahibinə avtomobil hədiyyə olunacaq.

Source link