Azərbaycanda ilk dəfə Rusiya helikopterləri təmir edilib

Azərbaycanda ilk dəfə Rusiya helikopterləri təmir edilib

Baxış sayı: 2. 427 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib

“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli helikopterlərin əsaslı təmirini həyata keçirib. 

Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilib. 

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci  il tarixindən etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV helikopterlərinin əsaslı təmirinə başlanılıb. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılıb. 

Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilib. 

Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356 saylı zavoda göndərilib. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi helikopterlərin əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin helikopterin füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilib. 

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar, YSM və s. kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilib.

Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu, təkcə yerli məqsədlə deyil, eyni zamanda, aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir.

www.ÇıxışYolu.Com