8669ca0c-79ad-4f79-a11d-d40097529b8a..jpg

Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirildi – FOTO

Baxış sayı: 726 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə ultramarafon yarışı keçirildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə 100 kilometr məsafəyə ultramarafon yarışı təşkil olunub.

“Report” xəbər verir ki, ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının
100 illik yubileyinə həsr edilən qaçış tədbiri Dənizkənarı Milli Park
ərazisində keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli
idmançılarla yanaşı, Türkiyə və Rusiyadan 50-yə yaxın iştirakçı qoşulub.

Yarışa gecə saat 03:00-da start verilib. Yekunda Türkiyə milli komandasının
üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun
qalibi olub. Ağa Əliyev 8:31:22 nəticə ilə ikinci yeri tutub. Artyom Əliyev isə
finişə üçüncü gəlib.

Qadınlar arasında Leyla Abdinova 10:57:57 göstərici ilə fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Natalya Vallek ikinci, Cəmilə İrəfiyeva isə üçüncü
olub.

Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar
Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov,
gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika
Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər. Dobromir Karamarinov
Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa atletikası
ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib. İl ərzində Ulu Öndər Heydər
Əliyevin 100 illiyinə həsr olunmuş atletika tədbirlərinin silsilə xarakter
daşıdığını qeyd edən Cavid Qurbanov Azərbaycan atletikasının 100 illik
tarixində şərəfli yol keçdiyini, qarşıda atletlərimizin yüksək nailiyyətlər
əldə edəcəyinə inandığını vurğulayıb.

Source link