e754feea-0238-4039-8098-cad90777281e..jpg

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

Baxış sayı: 576 dəfə baxılıb.

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə
həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park
ərazisində keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər
Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda
50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Yarışa saat 13:00-da
start veriləcək. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi
istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi
saat 16:30-da olacaq.

Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının
arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan
atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika
Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

Source link