c88f701e-e10a-4eab-bfb0-d21e3f1394df..jpg

Azərbaycanda intihar edən hakim dəfn edildi – YENİLƏNİB + FOTO

Baxış sayı: 432 dəfə baxılıb.

Azərbaycanda intihar edən hakim dəfn edildi – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün intihar edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar
Dadaşov dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimi Xırdalan şəhər qəbiristanlığında baş
tutub.

14:57

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq
həyatına son qoyub.

O, ağır xəstəlikdən – şəkərli diabetdən əziyyət çəkirmiş.

Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən
hakim intihar edib.

Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala
rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə
Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.

2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində,
2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində
çalışıb.

İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub.

Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Aytac Qasımova

Source link