6eaca356-7941-4828-92d3-168b3f112c49..jpg

Azərbaycanda intihar halları azalıb

Baxış sayı: 999 dəfə baxılıb.

Azərbaycanda intihar halları azalıb

“Ötən il Azərbaycanda intihar halları azalıb”.

Cixisyolu.com xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Baş Prokurorluğun
2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş
kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2021-ci illə müqayisədə hesabat dövründə baş vermiş
intihar hadisələrinin sayında azalma müşahidə olunur:

“Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 46 cinayət işi
başlanılıb, onlardan altısı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
2021-ci ildə isə özünü öldürmə həddinə çatdırma ilə bağlı daha az cinayət
işinin məhkəməyə göndərildiyi vurğulanıb”.

“Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə
yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun
əməkdaşlarının iştirak etdikləri İşçi qrupun həyata keçirdiyi tədbirlərin
diqqət mərkəzində saxlanılmasının önəmi bildirilib”, – baş prokuror vurğulayıb.

Source link