90399664-88a4-440a-8ebe-f75f99504f24..jpg

Azərbaycanda irihəcmli nağd əməliyyatlar üzrə monitorinq sistemi formalaşdırılacaq

Baxış sayı: 903 dəfə baxılıb.

Azərbaycanda irihəcmli nağd əməliyyatlar üzrə monitorinq sistemi
formalaşdırılacaq

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi üçün irihəcmli nağd əməliyyatlar üzrə
müntəzəm monitorinq sistemi formalaşdırılacaq.

Cixisyolu.com xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə
dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Plana əsasən, irihəcmli nağd əməliyyatların araşdırılması üçün metodoloji
yanaşmaları, bu əməliyyatı aparan müştərilərin işgüzar münasibətlərinin
mütəmadi monitorinqi sistemi və vəsaitin mənbəyi bilinməyən və ya şübhə yaradan
hallarla bağlı hesabatlılığın təmin edilməsi və təxirəsalınmaz addımlar
atılması təcrübəsini formalaşdırılması prosesinə Azərbaycan Mərkəzi Bankı
(AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları –
Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası,
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb ediləcək.

Source link