14acc858-30c9-4a03-b60c-3eacb5499c72..jpg

Azərbaycanda istehlakçıların ən çox aldadıldığı hallar AÇIQLANDI

Baxış sayı: 733 dəfə baxılıb.

Azərbaycanda istehlakçıların ən çox aldadıldığı hallar AÇIQLANDI

Cari ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447 038
manat vəsait istehlakçılara geri qaytarılıb, 45 990 manat məbləğində dəymiş
ziyan ödənilib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan
sübutlara əsasən 50 hüquqi, 14 fiziki şəxs barəsində inzibati xəta barədə
protokol tərtib edilib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçı
hüquqlarının qorunması, təbii inhisarların fəaliyyəti və istehlak bazarına
nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 5 082 vətəndaş müraciətinə
baxılıb. Bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (4 161
müraciət) 22,1% yüksəkdir. Hesabat dövrü ərzində Dövlət Xidmətinə daxil olan 2
162 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə
14,9% artım deməkdir.

Müqayisə üçün bildirək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə
daxil olmuş 1881 müraciət təmin olunub, 271 422 manat vəsait istehlakçılara
qaytarılıb, 17 763 manat dəyərində dəymiş ziyan ödənilib.

Qeyd edək ki, istehlakçıların elektrik, su, qaz, istilik təchizatı, telefon,
internet, poçt rabitəsi, dəmiryolu, hava yolu nəqliyyatı və digər xidmətləri
göstərən təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətləri də
yuxarıda qeyd olunan göstəricilərə daxildir.

Cari ilin yanvar-sentyabr aylarında daxil olan vətəndaş müraciətlərinin
araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 14 fiziki şəxs Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında
qərarı ilə cərimə olunub, 50 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və
toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

İnzibati xəta barədə protokollar 32 halda mal satan və ya əhaliyə xidmət
göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına,
habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az
miqdarda aldadılması, doqquz halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla
müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil
edilməsi, səkkiz satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması
qaydalarının pozulması, altı halda istehlakçıların hüquqlarının və ya ticarət
qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının
vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsi, dörd halda
dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən
fərqli qiymətə satılması, dörd halda ictimai iaşə müəssisəsində istehlakçılara
təqdim olunan menyunun düzgün tərtib olunmaması, bir halda istehlakçını
maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi
şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi,
saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı
(icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi əlaqədar tərtib edilib.

Source link