Azərbaycanda it dişlədi, Türkiyədə xəstəxanalıq oldu

Azərbaycanda it dişlədi, Türkiyədə xəstəxanalıq oldu

Baxış sayı: 2. 420 dəfə baxılıb.

Azərbaycanda it dişlədi, Türkiyədə xəstəxanalıq oldu

Türkiyənin Çanaqqala şəhərinin Bayramiç məhəlləsində mövsümi işçi kimi işləyən azərbaycanlı Rauf Əhmədov quduzluq xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, baş ağrısı və qollarında keyimə kimi əlamətlərlə xəstəxanaya gətirilən azərbaycanlının Türkiyəyə gəlməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.

Bildirilir ki, Azərbaycandan Çanaqqaladkı Bayramiç məhəlləsindəki qohumlarının yanına gələn Əhmədov 3 aydır ki, kartof bağlarında işləyir.

Halı pisləşən həmyerlimiz əvvəlcə Mehmet Akif Ersoy adına Çanaqqala Dövlət Xəstəxanasına, diaqnoz qoyulduqdan sonra isə təcili olaraq, Balıkesir Atatürk Şəhər Xəstəxanasına çatdırılıb və karantinə yerləşdirilib.

Bildirilir ki, Rauf Əhmədovu xəstəxanaya gətirmək üçün gedən tibb işçilərinə də quduzluğa qarşı peyvənd vurulub.

Bundan başqa, Əhmədovun xəstəxanaya gətirildiyi təcili yardım maşını ilə həmin gün daşınan bütün xəstələrə qarşı da eyni tədbir görülüb. Əhmədovun eyni evdə qaldığı 10 nəfər də quduzluğa qarşı peyvənd olunub.

Hazırda xəstənin həyatı üçün təhlükə qaldığı bildirilir.

www.ÇıxışYolu.Com