ac901adc-58c1-4b89-9bc6-7123bf011b82..jpg

Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 937 dəfə baxılıb.

Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb
olundu – YENİLƏNİB + VİDEO

“Həmin şəxslə profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb
edilib”.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı
Eşqin Qasımov Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib ki, şəxsin kimliyi
müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb olunub:

“Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin
Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün
yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R.Orucovla profilaktiki
söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.

14:47

“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində
tədbirlər davam etdirilir”.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru
polis kapitanı Eşqin QasımovCixisyolu.com-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış
insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.

“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq
məsələyə hüquqi qiymət veriləcək”.

12:49

Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.

Baku.ws xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid

Source link