649da3f3-c498-4791-91eb-a4c53b3bee04..jpg

Azərbaycanda kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Baxış sayı: 1. 419 dəfə baxılıb.

Azərbaycanda kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayon Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən
qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri
tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə
səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan
məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2,
179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli
miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi
başlanaraq istintaq aparılır.

Source link