84830ecb-85dd-47dd-84bf-df775159c88f..jpg

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

Baxış sayı: 1. 059 dəfə baxılıb.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

2023-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib ki, onun
da 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik
məhsullarının payına düşür.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3
faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları
üzrə 1,9 faiz
artıb.

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Mart ayının
1-nə kimi 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar
sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min
hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə
yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə
sair bitkilər əkilib.

Source link